Ədalətin gecikməyi ədalətsizlikdir

ədalətYaxşı olmaq asandır, ədalətli olmaq çətin. (Viktor Hüqo)

Ədalət topaldır, yavaş-yavaş yeriyir, amma gedəcəyi yerə gec-tez çatır. (Mirabo)

Az şeyə sahib olan yox, həddindən çox şey istəyən kasıbdır. (Seneka)

Ədaləti görməzlikdən gələn dövlət adamlarını cəzalandırmayan millət məhv olmaq məcburiyyətindədir. (Hz. Məhəmməd)

Bir saat ədalətlə hökm etmək bir il ibadət etməkdən daha xeyirlidir. (Hz. Məhəmməd)

Ədalətin gecikməyi ədalətsizlikdir. (U.S. Landor)

Haqsızlıqla insanları arxanca getməyə məcbur etməkdənsə, ədalətli olub tək qalmaq daha yaxşıdır. (Mahatma Qandi)

Ədalətin hökm sürdüyü yerdə silahın yeri yoxdur. (Amyot)

Zəif insan daima ədalət və bərabərlik istəyir, halbuki bunlar güclünün vecinə də deyil. (Aristotel)

Ədalətsiz rejimi ədalətlə yıxın. (Qandi)


Ardı →

Fərqinə varmalı insan | Can Yücel

fərqinə varmalı insan... Fərqinə varmalı insan. Fərqin fərqinə varmalı, fərqinə vardıqlarını da bildirməməli bəzən...

 Bir damla sudan necə yaradıldığını fərq etməli. Ana qarnına sığarkən dünyaya niyə sığmadığını və ən sonunda dar qəbirə necə sığmaq məcburiyyətində qalacağını fərq etməli. Bu çox geniş görünən dünyanın, axirətə nisbətlə ana qarnı kimi olduğunu fərq etməli.

   Hələ körpəykən «Dünya mənim! „-deyirmiş kimi ovuclarının sıx bağlı olduğunu, ölərkən də eyni ovucların “Hər şeyi buraxıb gedirəm daha! „deyirmiş kimi açıq qaldığını fərq etməli. Və kəfənin cibi olmadığını da fərq etməli.

  Əzraillin hər an sürpriz edə biləcəyini, necə yaşasa elə öləcəyini fərq etməli insan. Heyvanların yolda, səkidə, zibillikdə, amma özünün gözəl hazırlanmış mükəlləf bir süfrədə yemək yediyini fərq etməli. Yaradılmışların ən gözəli olduğunu fərq etməli və ona görə yaşamalı.
Ardı →